Uşaqlarda sinir sistemi xəstəliyi simptomları bir-birinə bənzəyir.
“Axca” xəbər verir ki, иu simptomlar qollarda və ayaqlarda, sinə və kürəkdə, qarında ağrı, baş ağrısı, migren, yuxusuzluq, depressiv vəziyyət, panik atak, hərəkətlərin zəif koordinasiyası, başgicəllənmə, qulaqlarda səs-küy, əzaların və başın titrəməsi, sidik və ya nəcis tutmama və s-dir.
Uşaq yerində oturmur, diqqətini cəmləmir, daim diqqəti yayındırır, yeriş pozğunluqları, duruşun pozulması, əzələ tonusunun azalması, nitq problemləri, yuxu və oyaqlıq pozğunluqları qeyd olunur.
Bütün bu təzahürlər, əksər hallarda, uşaq inkişafının sonrakı dövrlərində özünü göstərə bilən mərkəzi sinir sisteminin müxtəlif dərəcəli zədələnməsinin nəticəsidir.
Sinir sistemi xəstəlikləri ananın immunoloji sağlamlığından asılıdır. Ananın qanında antitel yüksəkdirsə, ana bətnindəki körpə ilə birgə infeksiyalara qarşı mübarizə apara biləcək. Lakin həmin antitel zəifdirsə ana mübarizə apara bilsə də,uşaq doğularkən hər hansı bir sinir – sistemi xəstəliyi ilə doğula bilər.
Bəzən uşaqlarda sinir sistemi xəstəlikləri hələ doğulmamışdan öncə ana bətnində embrionların fəaliyyətinin qismən pozulması nəticəsində də baş verir.