Tərcümeyi-Hal forması fərd haqqında tam və dolğun məlumatları özündə əks etdirən bir rəsmi sənəddir. Bu sənəd formasını adətən rəsmi dövlət orqanları, iri şirkətlər və ya qurumlar tərəfindən işə daxil olarkən müraciət edən şəxs tərəfindən təqdim edilməsi tələb olunur. Tərcümeyi hal formasınıda ərizə sənədində də olduğu kimi, hər bir şəxs tərəfindən öz xətti ilə yazılmalıdır. Sənəd formasında özünüz haqqında olan bütün məlumatlar qısa, aydın və ardıcıl şəkildə şərh olunmalıdır.
Tərcümeyi Hal Necə Yazılmalıdır və Nələrə Diqqət Edilməlidir?
Tərcümeyi Hal formasını yazarkən aşağıdakılar nəzərə alınmalıdır:
Tərcümeyi Halı yazarkən ailə üzvləriniz, evlisinizsə yoldaşınız və uşaqlarınız haqqında da ətraflı məlumatları qeyd etməlisiniz. Sənəddə xüsusi bir şəkildə bütün məlumatları ardıcıl olaraq şərh etməyə diqqət etməlisiniz. Yazıda bütün məlumatları konkret bir şəkildə, heç bir artıq sözdən istifadə etməyərək qeyd etməli və yazarkən qrammatik səhvlərə yol verməməlisiniz. Tərcümeyi hal A4 formatlı vərəqdə adətən əl ilə yazılır və “Mən, adım, soyadım..” şəklində başlanılır. Və yekun olaraq sənədin sonunda adınız, soyadınız, imzanız və tarix qeyd olunur.
Mən Ayan Kamil qızı Məmmədova 2000-ci ildə Bakı şəhərində anadan olmuşam. 2006-ci ildə Sabunçu rayonu 170№-li orta məktəbin 1-ci sinfinə daxil olmuşam və həmin məktəbi 2017-ci ildə bitirmişəm.
2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtsadiyyat fakültəsinə daxil olmuşam və 2021-ci ildə həmin universitetdən məzun olmuşam.
Universiteti bitirdikdən sonra müxtəlif yerlərdə təcrübə proqramlarında iştirak etmişəm və 01.10.2021-ci ildən etibarən isə Accessbankda menecer vəzifəsində çalışıram.
Atam- Kamil Əhməd oğlu Məmmədov sahibkar vəzifəsində çalışır.
Anam- Nazilə Əli qızı Məmmədova evdar xanımdır.