Müasir Azərbaycanın əsas qurucularından olan və tarixə öz damğasını vuran dahi şəxsiyyət Heydər Əliyev bu gün də xalqın yaddaşında və ürəyində yaşayır. Onun ali bir rəhbər kimi Azərbaycan üçün etdikləri xalq tərəfindən unudulmur, şeir və nəğmələrə, film və kitablara mövzu olur. Xalq onun üçün yaşayanları unutmur.
Vətən oğlu | Fikrət Qoca
Vətən oğlu, ata oldun bizə sən,
Ata kimi qayğımızı çəkirdin.
Şair kimi həssas idin sözə sən,
Danışıqda sözdən sözü çəkirdin.
Ölkə olduq sən arzuna çatanda,
Bir əlin od, bir əlin su olurdu.
Millət rahat xumarlanıb yatanda,
Yuxun bir an quş yuxusu olurdu.
Yurdumuzda şan-şöhrətli hər nə var
Yatmadığn günlər, aylar, illərdi;
Ziyarətə gəlir səni bu yollar…
Göz yaşımız məzarında güllərdi.
Sənin rəmzin Azərbaycan bayrağı,
Baş qoymağa, can verməyə hazırıq.
Dan ulduzum – yurdumuzun mayakı,
Şer də bir təsəllidir, yazırıq.
Adın-sanın yenilməz bir ordudu,
İndi odlar diyarının özüsən
…Azərbaycan Heydərlərin yurdudu,
Gələcəyə baxanların gözüsən.
Heydər atamız | Zəminə Bayramova
Azərbaycan adını,Azərbaycan xalqını,
Dünyaya tanıtdıran,Heydər atamız oldu.
Sinəndə köz də yansa,Dilində söz də yansa,
Qarşında kim dayansa,Yaşa, ey odlar yurdu.
Tanrı sənə yetirib,Heydər kimi bir oğlu.
Keşiyində dayanıbBasılmaz, igid ordu.
Damarında türk qanıAxan Heydər özüdür
Bütün türk dünyasında,Atatürklə özüdür.