10 Sentyabr, 2022

Hansı bankın mobil tətbiqi ilə ƏDV-ni geri almaq olar?

1 yanvar 2019-cu il tarixindən etibarən tətbiq edilən  “ƏDV geri al” layihəsi çərçivəsində ötən ilin noyabrına kimi istehlakçılara 120 milyon manata yaxın vəsait qaytarılıb. 

Bu ilin yanvarın 1-dən etibarən isə “ƏDV geri al” layihəsi ilə bağlı bir sıra dəyişikliklər olub. Bunlardan biri, ƏDV-nin bir hissəsinin geri alınması pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallarla yanaşı, tibbi xidmətlərə də şamil olunmasıdır. Digər tərəfdən, alkoqollu içkilər və tütün məmulatlarına, eləcə də avtomobillərə görə ödənilən ƏDV-nin qaytarılması dayandırılıb.

ƏDV-nin bir hissəsinin qeri qaytarılmasını isə bir neçə mobil tətbiq vasitəsilə həyata keçirə bilərsiniz. Bunun üçün sadəcə aplikasiyanı yükləyərək qeydiyyatdan keçmək lazımdır. Hər dəfə aldığınız mal və ya xidmətin ödəniş çekinin üzərindəki QR kodunu həmin tətbiqlə oxutmaq kifayət edir ki, ƏDV-nin bir hissəsinin hesabınıza geri qayıtsın. 

İndi isə gələk, bu mobil tətbiqlərə. İlk vaxtlar bu funksiya yalnız Birbank vasitəsilə ilə mümkün idisə, artıq ondan başqa daha 5 bankın mobil tətbiqində bu mümkündür. Eyni zamanda, Hesab.az və Umico tətbiqlərindən də istifadə edərək ƏDV-nin bir hissəsini geri ala bilərsiniz. Həmin bankların mobil tətbiqi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:


Bankın AdıMobil Tətbiqin AdıApp Store-da Tətbiqin Linki
AbbABB Mobilehttps://apple.co/3100I74
Bank RespublikaMobil Şöbəhttps://apple.co/30Znzjg
Kapital BankBirBankhttps://apple.co/3h5oa8v
Premium BankPremium Mobile Bankhttps://apple.co/3h8FklF
RabitəbankRabitabankhttps://apple.co/2E7nCR3
UnibankUBankhttps://apple.co/2PXEaxJ

Aşağıdakı cədvəldən isə siz tətbiqləri telefonunuzun sisteminə uyğun olaraq Play marketdən yükləyə bilərsiniz.

ABBABB Mobilehttps://bit.ly/31RKoo4
Bank RespublikaMobil Şöbəhttps://bit.ly/2DXxME0
KapitalBankBirBankhttps://bit.ly/3iJSPsD
Premium Bank Premium Mobile Bankhttps://bit.ly/3j33UoX
RabitəbankRabitabankhttps://bit.ly/3aDua63
UnibankuBankhttps://bit.ly/3kRnYw5

Əlavə Olaraq Edvgerial.az Daxil Ol linkinə daxil olaraq Ədv geri ala bilərsiniz

Qeyd edək ki, ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcıya qaytarılır.


İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Məhsullar