Ərizə – şəxsin müəyyən bir mövzuda düşüncə, şikayət və ya istəklərini nəzərdə tutan müəyyən formaya malik və rəsmi şəkildə yazılan müraciət formasıdır. Ərizə forma olaraq məzmununa görə iki şəkildə – şikayət xarakterli və xahiş etmək məqsədi ilə yazılır. Əslində ərizələr müxtəlif formalara malik olsa da, məzmunca eyni cürdür.
İlk növbədə ərizənin başlıq forması yəni, kimə və kimdən yazılması dəqiq bir şəkildə qeyd edilməlidir. Ərizənin məzmunu qısa və son dərəcə peşekar şəkildə yazılmalı, faktlar isə konkret olmalıdır. Ərizəni ərizəçi öz xətti ilə yazmalı və ərizənin sonunda gün, ay, il və yazan şəxsin imzası qeyd olunmalıdır. Ərizənin yazılış formasını isə ümüumi şəkildə belə qeyd edə bilərik:
Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyat fakültəsinin dekanı cənab A.A.Quliyevə həmin universitetin İqtisadiyyat fakültəsində təhsil alan Ayan Məmmədova Kamil qızı tərəfindən
Ərizə
Sizdən xahiş edirəm ki, mənim 16.02.2022 tarixindən etibarən bir semestr müddəti ərzində “Mevlana” Mübadilə Proqramında iştirak etməyimə icazə verəsiniz.
İmza: Məmmədova Ayan Kamil qızı
Tarix: 01.02.2022